Şönhof (Görlitz)
From Wikipedia, the free encyclopedia
Şönhof evi (alm. Schönhof) — Almaniyanın Görlitz şəhərinin köhnə hissəsində yerləşən və intibah üslubunda inşa edilmiş tanınmış memarlıq abidəsidir. Bina Brüderştrasse № 8-də yerləşir və 1525-ci ildə baş vermiş böyük yanğından dərhal sonra, keçmiş Şura evinin xarabalıqları üzərində memar Böyük Vendel Roskopf tərəfindən tikilmişdir. Özünün çox uğurlu topoqrafik mövqesinə görə, bina XV-XVI əsrlərdə şəhərə təşrif buyuran qonaqların rəsmi knyaz iqamətgahı kimi fəaliyyət göstərirdi. Bütün bu məsələlərlə yanaşı, burada Bohemiya kralı IV Ventsel və kurfürst Yohann Georq fon Zaksen kimi tanınmış insanlar qonaq qalmışdı. Bu gün keçmiş orta əsr tualet mexanizmlərin v struktur qalıqlarını görə bilərsiniz[1].
Cəld faktlar Ölkə, Şəhər ...
Şönhof | |
---|---|
Schönhof | |
51°09′21″ şm. e. 14°59′26″ ş. u. | |
Ölkə | Almaniya |
Şəhər | Görlitz |
Aidiyyatı | Sileziya muzeyi |
Memar | Böyük Vendel Roskopf |
Tikilmə tarixi | 1526 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla