Şuşa qalası
Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları / From Wikipedia, the free encyclopedia
Şuşa qalası — Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.
Şuşa qalası | |
---|---|
| |
39°45′58″ şm. e. 46°45′04″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa Şuşa |
Yerləşir | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Aidiyyatı | Qarabağ xanlığı |
Sifarişçi | Pənahəli xan |
Əsas tarixlər |
Əsası qoyulub: 1751-ci il İlk xatırlanma: XVIII əsr |
Tikilmə tarixi | 1752 |
Material | çay daşı, yumurta sarısı, əhəng məhlulu |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 337 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir: "Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi".
Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir.
Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.