Şeyx Sultan Əli
From Wikipedia, the free encyclopedia
Şeyx Sultan Əli və ya Şeyx Əli Mirzə Səfəvi[1] (1469, Şaməsbi (Ərdəbil), Ərdəbil ostanı – 1494, اردبیل) — Səfəviyyə ordeni rəhbərləri və Səfəvi sülaləsindən olan şahların siyahısı|Səfəviyyə ordeni]]nin rəhbəri. Siyasi gücünə görə çəkinilən Sultan Əli ana tərəfdən qohumları olan ağqoyunlular tərəfindən həbs edilmiş və bir neçə il ailəsi ilə birlikdə Fars əyalətində saxlanılmışdır. O, 1493-cü ildə şahzadə Rüstəm tərəfindən həbsdən azad edilmiş, o və onun adamları da bunun qarşılığında Rüstəmə Baysunqur Yaqub oğlunu məğlub etmədə yardım etmişdir. Lakin bundan bir il keçdikdən sonra Rüstəm də onu özünə təhlükə olaraq görmüş və 1494-cü ildə onun edamına əmr vermişdir. Özünün qaçınılmaz sonunu anlayan Sultanəli ölümündən qısa müddət əvvəl kiçik qardaşı İsmayılı ordenin rəhbəri təyin etmişdir. Nəticədə İsmayıl 1501-ci ildə yeni dövlətin əsasını qoymuş və özünü şah elan etmişdir.[2]
Şeyx Sultan Əli | |
---|---|
fars. علیمیرزا صفوی | |
Ərdəbil hakimliyinin VII şeyxi | |
7 iyul 1488 – 1494 | |
Əvvəlki | Şeyx Heydər |
Sonrakı | Şah İsmayıl Xətai |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1469 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Dəfn yeri | |
Fəaliyyəti | ilahiyyatçı |
Atası | Şeyx Heydər |
Anası | Aləmşah bəyim |
Ailəsi | Səfəvilər |
Dini | islam |