İvan Mazepa
From Wikipedia, the free encyclopedia
İvan Mazepa (tam adı: İvan Stepanoviç Mazepa, ukr. Іва́н Степа́нович Мазе́па, pol. Iwan Mazepа herbu Kołodyn, lat. Iohannes Mazepa; soyadının başqa yazılışı: Mazepa-Koledinski,[1] ukr. Іван Мазепа-Колединський, pol. Jan Mazepa Kołodyński; 20 mart 1639 – 21 sentyabr 1709, Bəndər) — Zaporojye ordusunun getmanı (1687–1709), hərbi və siyasi xadim, diplomat. Ukraynanın milli qəhrəmanı.
İvan Mazepa | |
---|---|
ukr. Іван Степанович Мазепа pol. Jan Mazepa Kolędyński | |
Zaporojya orudusunun getmanı | |
4 avqust 1687 – 6 noyabr 1708 | |
Monarx | I Pyotr |
Əvvəlki | İvan Samoyloviç |
Sonrakı | İvan Skoropadski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1639(1639-03-20) |
Vəfat tarixi | 21 sentyabr 1709(1709-09-21) (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Müqəddəs Yuri kilsəsi, Qalats |
Təhsili | Kiyev-Mogilyan akademiyası |
Fəaliyyəti | diplomat, siyasətçi |
Atası | Stepan Mixayloviç Mazepa |
Anası | Marina Maqdalina Mokievskaya (1917—1707) |
Həyat yoldaşı | Anna Polovets (Fridrikeviç) (1642–1702) |
Uşağı | qızı olub (uşaq ikən ölüb) |
Ailəsi | Mazepalar |
Dini | pravoslavlıq |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sol sahil ilə Sağ sahili hakimiyyəti altında birləşdirmiş, Zaparojya Seçinin siyasi müstəqilliyini məhdudlaşdırmışdır. Uzun müddət rus çarı I Pyotrun ən yaxın tərəfdarlarından biri olmuş və sol sahil Ukraynasının iqtisadi yüksəlişi üçün çoxlu işlər görmüşdür.[2] 1708-ci ildə Şimal müharibəsi zamanı Rusiya imperiyasının düşməni hesab edilən İsveç kralı XII Karlın tərəfinə keçmişdir.[3]
Mazepanın yürütdüyü siyasətin əsas məqsədləri: 1) onun başçılığı altında Malorus torpaqları – Getmanşina, Sağ sahili, Zaporojya, Sloboda Ukraynası və Xan Ukraynasını[lower-alpha 1] vahid Ukrayna dövləti adı altında birləşdirmək; 2) dövlətçilik əsaslarının Avropa nümunəsində kazak idarəetmə sistemini yaratmaq; 3) getman hakimiyyətini qoruyub saxlamaqdan ibarət idi.
Mazepanın daxili siyasəti isə kazak başçılığının təsirinin gücləndirilməsinə, onun iqtisadi əsaları və sosial durumunun möhkəmlənməsi, Getmanşinanın idarəedici təbəqəsinə çevirməyə yönəlmişdir.
1709-cu ildə baş vermiş Poltava döyüşündə XII Karlın məğlubiyyətindən sonra Osmanlı imperiyasına qaçmış və Bəndər şəhərində dünyasını dəyişmişdir.