İvan Kotlyarevski
From Wikipedia, the free encyclopedia
İvan Petroviç Kotlyarevski (i.ə.rus orf. Ива́нъ Петро́вичъ Котляре́вскій, ukr. Іван Петрович Котляревський; 29 avqust (9 sentyabr) 1769[1], Poltava, Rusiya imperiyası[2][1] – 29 oktyabr (10 noyabr) 1838[1], Poltava, Poltava quberniyası[d], Rusiya imperiyası[2][1]) — Ukrayna şairi, tərcüməçisi, pedaqoqu və dramaturqu.
İvan Kotlyarevski | |
---|---|
ukr. Іван Петрович Котляревський | |
Doğum tarixi | 29 avqust (9 sentyabr) 1769[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr (10 noyabr) 1838[1] (69 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı, dramaturq, tərcüməçi |
Əsərlərinin dili | ukrayn dili |
Janrlar | teatr pyesi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kotlyarevski Ukrayna ədəbiyyatının qabaqcıllarından biri hesab olunur. O, ukrayna dilində yazılmış və ilk dəfə 1798-ci ildə nəşr olunmuş "Eneida" poemasının müəllifidir. Bundan başqa, rus dilində də əsərləri var. Kotlyarevski ştabs-kapitan rütbəsi ilə 1806–1812-ci illər Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, müharibənin sonunda "1806-cı il Türkiyə müharibəsində rus qoşunlarının ilk hərəkətləri haqqında qeydlər" əsərini nəşr etdirmişdir.
Kotlyarevskinin təsiri təkcə onun Qriqori Kvitka-Osnovyanenko, Taras Şevçenko, Yakov Kuxarenko, Stepan Pisarevski və başqaları kimi yaxın davamçılarının əsərlərində deyil, həm də XIX əsrin ikinci yarısının etnoqrafik pyeslərində, rusdilli müəlliflər Nikolay Qoqolun və Vasili Narejninin əsərlərində və Belarus ədəbiyyatında müşahidə olunmuşdur.