İtalyan irredentizmi
From Wikipedia, the free encyclopedia
İtalyan irredentizmi (it. irredentismo italiano) — XIX əsrin sonları və XX əsrin əvvəllərində müasir İtaliya ərazisində mövcud olmuş millətçilik. Bu millətçiliyin hədəfi yerli əhalinin italyan olduğu və ya italyandilli hesab edildiyi coğrafi əraziləri bir siyasi qurumun rəhbərliyi altında birləşdirmək olmuşdur. Bu ərazilərə italyanların əhəmiyyətli etnik azlığı təşkil etdiyi yerlər də daxil edilmişdir.
Başlanğıcda hərəkat yerli əhalinni italyan olmasına baxmayaraq, 1866-cı ildə başladılan III İtalyan İstiqlaliyyət müharibəsindən sonra Avstriya imperiyasının hakimiyyəti altında qalan ərazilərin İtaliyaya birləşdirilməsinə çalışırdı. Buraya Trentino ilə birlikdə, italyanlarla birlikdə bir çox digər dildə danışan etnosların da yaşadığı bölgələr daxil idi. Misal olaraq Cənubi Tirolu, Triesti, İstriyanın bir hissəsini, Qoriziyanı, Qradiskanı və Dalmatiyanın bir hissəsini göstərmək olar. Buraya həmçinin Riyeka (Fiume), Korsika, Malta adası, Nitsa qraflığı və İtalyan İsveçrəsi də daxil idi. Ümumilikdə bu ərazilərdə italyanlardan başqa almanlar, ladinlər, istro-romanlar, xorvatlar, slovenlər də yaşamaqda idi.
1860-cı illərdəki Risorcimento zamanı Sardiniya krallığının baş naziri və Kavur qrafı Kamillo Benso Fransa imperatoru III Napoleonun fikirləri ilə hesablaşmağa məcbur oldu. III Napoleonun İtaliyanın birləşdirilməsini hərbi cəhətdən dəstəkləyəcəyini, lakin bunun qarşılığında Sardiniya krallığımım nəzarət etdiyi Nitsa və Savoyyanın Fransaya verilməsini istəyirdi. Fransızlıarın düşüncəsinə görə, onlar üçün əhəmiyyətli hesab edilən Alp dağları keçidlərini güclü bir dövlət əlində tutmamalı idi.[1] Nəticə olaraq, İtaliya Nitsa və Savoyyanı fransızlara vermək şərti qarşılığında onların da İtaliyanın birləşdirilməsi üçün ordu göndərməsi şərtini qəbul etməsi üçün təzyiqə məruz qaldı.[1]
Məqalədə qarışıqlıq və mübahisələr olmaması üçün bəhs edilən coğrafi obyektlər barədə müasir ingiliscədə istifadə edilən adlardan istifadə edilmişdir. Hər bir halda,əksər yerlərin alternativ olaraq italyanca da adları vardır.