İstehzalı proseslər nəzəriyyəsi
From Wikipedia, the free encyclopedia
İstehzalı proseslər nəzəriyyəsi (ing. Ironic process theory) və ya ağ ayı effekti (ing. white bear effect) – düşüncə və istəyi azaltmaq cəhdi zamanı qadağa olunmuş düşüncənin daha güclə şüurumuza gəlməsi. Effekt müxtəlif psixoloji problemlərə şərait yaradır. İlk dəfə 1987-ci ildə Daniel Veqner tərəfindən verilmişdir.[1]
Veqnerə görə istehzalı effekt insanlar gərgin və sıxılmış vəziyyətdə olduqda özünü daha güclü göstərir.[1]
Bizim laboratoriyamızda müşahidələr istehzalı effekti insan həyatının bir çox sahələrində olduğunu göstərdi. İstehzalı proses biz əhvalımızı idarə etmək istəyərkən özünü göstərir. Əsasən də bu güclü psixoloji yük zamanı baş verir. Hansı adamlar ki, özünü xoşbəxt hiss etmək istəyirlər onlar özlərini bədbəxt hiss edirlər və əksinə. Bu effekt özünü idarə etmək istəyərkən də yaranır. Stressli insanlar özlərini rahat hiss etmək istəyərkən bunun tam əksi baş verir. İstehzalı effekt həmçinin güclü yatmaq arzusu zamanı da müşahidə olunur. Bizim eksperimentlərimizdə güclü musiqi səsi altında tez bir zamanda yatmaq tələb olunan insanlar daha uzun müddətə yuxuya gedirdilər, nəinki yatmağa çalışmayan insanlar. İstehzalı effekt həm də öz hərəkətlərimizi idarə etmək istədiyimiz zaman da yaranır. İştirakçılardan kəfkiri titrəyişdən müəyyən olunmuş istiqamətdə tutmaq tələb olunduğu zaman kəfkir titrəyiş istiqamətində daha çox tərpənirdi. Lakin bu hal tələb olunmayan iştirakçılarda baş vermirdi.[1]
Daniel Veqner