İspan qripi
From Wikipedia, the free encyclopedia
İspan qripi (isp. gripe española) — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası.[2] Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir.[3] Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur.[4][5][6][7][8]
İspan qripi | |
---|---|
Xəstəlik | Qrip |
İlk qarşılaşma | yanvar 1918 |
Tarix | 1918-ci il yanvar-1920-ci il dekabr |
Növü | H1N1 |
Statistika | |
Yoluxma sayı | 500 milyon[1] |
Ölüm sayı | 17,000,000–50,000,000+ |
Ərazi | Dünya miqyasında |
Vikianbarda əlaqəli mediafayllar |
Qrip | |
---|---|
| |
XBT-10 | J10., J11. |
XBT-9 | 487 |
DiseasesDB | 6791 |
MedlinePlus | 000080 |
eMedicine | med/1170 ped/3006 |
MeSH | D007251 |
Vikianbarda əlaqəli mediafayllar |
İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. Birinci Dünya Müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdur. Uzun illər sonra açılan toplu məzarlıqlardan götürülmüş nümunələr əsasında virusun insanlar arasında donuz qripi olaraq tanınan H1N1 ilə bənzərlik təşkil etdiyi müəyyənləşmişdir.
İlk xəstələrin ABŞ-də 1918-ci ilin əvvəllərində görünməsinə baxmayaraq, qripə "İspan" adı verilmişdir. Buna səbəb Birinci Dünya Müharibəsində iştirak edən ölkələrin hərbi senzurasının orduda və əhali arasında baş vermiş bir epidemiya barədə xəbərlərə icazə verməməsidir. Elə buna görə də xəstəliyin ispan qripi olaraq adlandırılmasının əsas səbəbi virusun yayılmağa başlamasının ardından ilk reaksiyanın müharibə iştirakçısı olmayan İspaniyadan gəlməsi idi. Belə ki, bir çox dünya dövlətləri baş verən hadisələrə bir ad verə bilmədikləri halda, İspaniya mətbuatı və cəmiyyəti yeni bir virus dalğasının yayıla biləcəyi məsələlərini müzakirə edirdi. Nəticədə neytral İspaniya 1918-ci ilin may-iyun aylarında xəstəliyin pandemiyasını açıq elan edən ilk Avropa ölkəsi oldu.[3][9] Düşünülənin əksinə virus ilk dəfə İspaniyada yaranmamış və ən çox insan itkisi İspaniyada baş verməmişdir.
İspan qripi H1N1 qrip virusunun yaratdığı iki pandemiyadən birincisi idi; ikincisi isə 2009-cu ildə baş vermiş "donuz qripi" idi.[10]