İnsan övladı (rəsm əsəri)
From Wikipedia, the free encyclopedia
İnsan övladı (fr. Le fils de l'homme) — Belçika sürrealist rəssamı Rene Maqritin 1946-cı ildə çəkdiyi rəsm əsəri.
Cəld faktlar İnsan övladı, Rəssam ...
İnsan övladı | ||
---|---|---|
fr. Le fils de l'homme | ||
| ||
Rəssam | Rene Maqrit | |
Tarixi | 1946 | |
Texnikası | kətan üzərində yağlı boya | |
Ölçüləri | 116 sm × 89 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Şəxsi kolleksiya |
Bağla
Rene əsəri avtoportreti kimi çəkmişdir. Rəsmdə kotelok və palto geyinmiş kişi təsvir olunmuşdur. O, alçaq divarın qabağında dayanır, arxasında dəniz və buludlu səma görünür. Kişinin qabağında levistasiya vəziyyətində olan yaşıl alma dayanır və alma onun üzünün böyük hissəsini gizlədir, lakin almanın kənarlarından çətin də olsa, adamın gözlərini görmək mümkündür. Başqa hiss edilməyən detal şəkildə təsvir olunmuş şəxsin sol qolunun dirsəkdən geriyə çevrilmiş vəziyyətdə təsvir olunmasıdır. Şəkil haqqında Maqrit deyir:
Ən azından o, insanın sifətini qismən yaxşı gizlədir. Bu, daim baş verən bir şeydir. Gördüyümüz hər şey bir digərini gizlədir. Biz həmişə istəyirik ki, nəyin nə tərəfindən gizlədildiyini görək. Bu bir maraqdır ki, bizdən nə gizlədilibdir və həmin şey nədir.[1] |