İnsan seksuallığı
From Wikipedia, the free encyclopedia
"Seksuallıq" bura istiqamətləndirir. Digər istifadə formaları üçün Seksuallıq (dəqiqləşdirmə) səhifəsinə baxın.
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu[1].
Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir[2][3] .