İncə Məmməd (roman)
roman / From Wikipedia, the free encyclopedia
İncə Məmməd - Türkiyə yazıçısı Yaşar Kamalın 1953-cü ildə yazdığı romanı.
İncə Məmməd | |
---|---|
türk. İnce Memed | |
Müəllif | Yaşar Kamal |
Janr | roman |
Orijinalın dili | türk |
Ölkə | |
Orijinalın nəşr ili | 1955 |
Nəşriyyat | Çağlayan |
Səhifə | 436 |
Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən bu roman Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilk romanıdır. 1953-1954-cü illərdə "Cümhuriyyət" qəzetində yayınlanmış, 1955-ci ildə Çağlayan nəşriyyatı tərəfindən iki cildlik kitab şəklində çap olunmuşdur Əsər 1956-cı ildə "Varlıq" jurnalının təsis etdiyi "Varlıq Roman mükafatı"na layiq görülmüşdür.
1957-ci ildə roman bolqar dilinə, 1959-cu ildə Nazim Hikmət tərəfindən rus dilinə tərcümə olundu. Daha sonra 1961-ci ildə Eduard Roditi və Tilda Kamal tərəfindən ingilis dilinə, Qüzin Dino tərəfindən fransız dilinə tərcümə olundu və İngiltərə, ABŞ, İtaliya və Fransada nəşr olundu. Növbəti il alman və ispan dilinə də tərcümə olunan roman indiyədək 40-dan çox dilə tərcümə olunmuşdur.[1]
Yaşar Kamal daha sonra romanın davamı olaraq 3 kitab daha yazmışdır və roman qəhrəmanını 1987-ci ilə qədər yaşatdırmışdır. Roman seriyanın ilkidir və 1923-1933-cü illərdən bəhs edir.