İblis (pyes)
From Wikipedia, the free encyclopedia
"İblis" (az-əbcəd. ابلیس), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır[1][2][3] — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama).[4] Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir.[5]
İblis | |
---|---|
az-əbcəd. ابلیس | |
| |
Müəllif | Hüseyn Cavid |
Janr | Faciə |
Orijinalın dili | Azərbaycan dili |
Orijinalın nəşr ili | 1924 |
Əvvəlki | Uçurum |
Sonrakı | Peyğəmbər |
Vikianbarda əlaqəli mediafayllar |
Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur.[4] 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır. Dram əsəri yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqətə layiqdir.[6] "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir.[7]
Pyesa ilk dəfə 1924-cü ildə nəşr olunmuşdur.[8] Daha sonra əsər 1927, 1959, 1969, 1982, 2001 və 2005-ci illərdə nəşr olunmuşdur.[9][10] 1931-ci ilin Kiçik Sovet Ensiklopediyasında əsər poema adlandırılmışdır.[11] Əsər Hüseyn Cavidin ən yaxşı dramlarından sayılır.[12]
"İblis" Bakıda Hüseyn Cavidin heykəlinin tərkibinin əsas təməli kimi xidmət etmişdir; burada İblisin özü, pisliyi təcəssüm edir, əlində qılıncla baş aşağı yerə yıxılır.[13]