Üsamə bin Ladenin Abbottabaddakı kompleksi
From Wikipedia, the free encyclopedia
Yerli xalq tərəfindən Vəziristan malikanəsi (urdu وزیرستان حویلی; Vəziristan havəli) olaraq bilinən və ya digər adı ilə Üsamə bin Ladenin Abbottabaddakı kompleksi — əl-Qaidənin başçıları arasında yer alan və təşkilatın yaradılmasından 2 may 2011-ci ildə ölümünə qədər yaradıcısı olduğu Üsamə bin Ladenin bir dövr gizli şəkildə yaşadığı, müxtəlif quruluşlardan yaradılan kompleks. Pakistanın Xayber-Paxtunxva əyalətindəki Abbottabad şəhərinə bağlı “Bilal Town” qəsəbəsində yer alan kompleks Pakistan Hərbi Akademiyasının təxminən 1,3 km cənub qərbində, torpaq bir yolun sonunda yerləşirdi.
Üsamə bin Ladenin Abbottabaddakı kompleksi | |
---|---|
Vəziristan malikanəsi urdu وزیرستان حویلی | |
Ümumi məlumatlar | |
Status | Dağıdıldı |
Ünvan | Bilal Town |
Ölkə | Pakistan |
Şəhər | Abbottabad, Xayber-Paxtunxva |
Koordinatlar | 34°10′09″ şm. e. 73°14′32″ ş. u. |
Təməlatma | 2003 |
Tikintisinin başlaması | 2004 |
Tamamlanıb | 2005 |
Açılma | 6 yanvar 2006 (Üsamə bin Laden bu kompleksə köçürülüb) |
Sökülüb | 26 fevral 2012 |
Qiymət | 250,000-1,000,000+ ABŞ dolları (mübahisəli) (Pakistan rupisi ilə: 21,25-85 milyon) |
Müştəri | Üsamə bin Laden |
Sahibi |
Əbu Əhməd əl-Küveyti Məhəmməd Ərşad |
Hündürlük | |
Hündürlük | 1,260 m (4,130 ft) |
Dam örtüyü | 8.76 m (28.7 ft) |
Texniki detallar | |
Mərtəbə sayı | 3 |
Torpaq | 3,500 m2 (38,000 ft2) |
Dizayn və konstruksiya | |
Memar | Məhəmməd Yunis |
Memarlıq şirkəti | Müasir Əməkdaşlar |
Struktural mühəndis | Gül Məhəmməd (divar memarı), Nur Məhəmməd |
Əsas podratçı | Nur Məhəmməd |
Vikianbarda əlaqəli mediafayllar |
Üsamə bin Laden Pakistanlı bir kəşfiyyat vəzifəli şəxsin ifadələrinə görə 2006-cı ilin yanvarında, həyat yoldaşlarından biri olan Əməl Əhməd Əbdülfəttahın həbs olunduqdan sonra Pakistan səlahiyyətli şəxslərinə verdiyi sorğulamadakı ifadəsinə görə isə 2005-ci ildən bu kompleksdə yaşamağa başlamışdı. Üç mərtəbəli əsas quruluşdan ibarət olan kompleksin ətrafı beton divarlar və bu divarlarında üzərinə hazırlanan tikanlı tellərdən əhatəli idi. Giriş hissəsində metaldan hazırlanan təhlükəsizlik qapısının yer aldığı kompleksdə, müxtəlif heyvanlar ilə bir tərəvəz bağı da mövcud idi.
Üsamə bin Ladenin kuryeri olduğu Əbu Əhməd əl-Küveytinin varlığını və yaşadığı ərazini aşkar edən Amerika kəşfiyyatçıları, bunun sayəsində 2010-cu ilin avqustunda kompleksi tapdılar. Edilən ümumi baxış və axtarışlar nəticəsində kompleksdə Üsamə bin Ladenin yaşamaq ehtimalının yüksək olduğu aşkar olundu. 2011-ci ilin may ayının 1-dən 2-inə keçən gecə Amerika xüsusi təyinatlı qüvvələrinin kompleksə hazırladığı və “Neptun Nizəsi əməliyyatı” olaraq adlandırdığı hücumda, bin Ladenlə yanaşı kompleksdə yaşayan dörd nəfər də öldürüldü. Əməliyyatdan daha sonra istifadə edilməyən və Pakistan ordusu tərəfindən qorunun kompleks, 2012-ci ilin fevral ayında Pakistan səlahiyyətliləri tərəfindən dağıdıldı.