Çexiya Milli Bankı
Çexiya Respublikasının mərkəzi bankı / From Wikipedia, the free encyclopedia
Çexiya Milli Bankı (çex. Česká národní banka) — baş ofisi Praqada yerləşən Çexiya Respublikasında mərkəzi bank və maliyyə bazarlarına nəzarətçi olan maliyyə qurumu. 1 yanvar 1993-cü ildə Çexoslovakiyanın dağılması nəticəsində çex kronunun dövriyyəyə buraxılması ilə eyni vaxtda formalaşan Çexiya Respublikasının mərkəzi bankıdır.[1] O, Çexoslovakiya Dövlət Bankının varisidir.[2] Baş ofisi Praqada yerləşən Çexiya Respublikasında mərkəzi bank və maliyyə bazarlarına nəzarətçidir. Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür.
Çexiya Milli Bankı | |
---|---|
Česká národní banka | |
Yerləşməsi | |
Ölkə | |
Ünvan | Praqa, Çexiya |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 1 yanvar 1993 |
Sədr | Aleş Mixl |
Ehtiyatları | 62 630 milyon dollar[1] |
Valyuta | çex kronu |
Sələfi | Çexoslovakiya Dövlət Bankı |
Digər məlumatlar | |
Saytı | www.cnb.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas məqsədinə uyğun olaraq, ÇMB pul siyasətini müəyyən edir, əskinas və sikkələr buraxır və çex kronasının dövriyyəsini, ödəniş sistemini və banklar arasında hesablaşmaları idarə edir. O, həmçinin bank sektoruna, kapital bazarına, sığorta sənayesinə, pensiya fondlarına, kredit ittifaqlarına və elektron pul institutlarına, habelə valyuta nəzarətini həyata keçirir.