Zinəddin Zidan
Fransalı məşqçi / From Wikipedia, the free encyclopedia
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان ; 23 iyun 1972[2][3][…]) — fransalı futbolçu, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur.
Zinəddin Zidan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Zinedine Zidane | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Zinəddin Yazid Zidan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Zizu[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 23 iyun 1972(1972-06-23)[2][3][…] (51 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Fransa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 185 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 80 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücuma meyilli yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Real Madrid | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | Baş məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub.
1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. 2006-cı ildə dünya çempionatının gümüş medalını, 1996-cı ildə Avropa çempionatının bürünc medalını qazanıb.
Zidan 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.[4]
2006-cı ildə futbolçu karyerasını bitirib. Daha sonra "Real Madrid" klubunda prezidentin müşaviri, idman direktoru, baş məşqçinin asistenti vəzifələrində çalışıb. Hal-hazırda klubun baş məşqçisidir. Zidan, həmçinin, müxtəlif xeyriyyə oyunlarında iştirak edir və böyük şirkətlərin reklam çarxlarında çəkilir.