Zaur Nudirəliyev
From Wikipedia, the free encyclopedia
Zaur İsmayıl oğlu Nudirəliyev (1 sentyabr 1978; Bakı, Azərbaycan SSR — 4 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının Komandirinin uçuş hazırlığı üzrə müavini, USTA dərəcəli pilot, "Su-25" hücum təyyarəsinin pilotu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Zaur Nudirəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Səmaların fatehi |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Hərbi hissə | Kürdəmir aviabazası |
Xidmət illəri | 2000—2020 |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | |
2020 2020 2020 2020 |
Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırmışdır. Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşaiyətli bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdir, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olmuşdur.
Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra "Atəş ramı" reallaşdıran birinci pilotdur.