Yusif Ziya Talıbzadə
Azərbaycan pedaqoqu, siyasətçi, dramaturq, hərbçi / From Wikipedia, the free encyclopedia
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi.
Yusif Ziya Talıbzadə | |
---|---|
28 iyul 1920 – 10 sentyabr 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
28 iyul 1920 – 10 sentyabr 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1877(1877-10-11) |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 1923(1923-05-18) (45 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, axund |
Atası | Axund Mustafa Talıbzadə |
Hərbi xidmət | |
Döyüşlər |
Balkan müharibələri I Dünya Müharibəsi Göyçay döyüşü Basmaçı hərəkatı |
Rütbəsi | General-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
"Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib.
Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib.
1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində Naxçıvanın hərbi komissarı vəzifəsinə təyinat alıb.
Basmaçı hərəkatında iştirak edərək bolşeviklərə qarşı mübarizə aparıb. 1923-cü il mayın 18-də bolşeviklərə qarşı olan döyüşlərin birində dünyasını dəyişib.