Yohannesburq Yapon Məktəbi
From Wikipedia, the free encyclopedia
Yohannesburq Yapon Məktəbi (ヨハネスブルグ日本人学校, Yohanesuburugu Nihonjin Gakkō?) və ya qısaca YYM – CAR-da Yohannesburq şəhərinin Emarentiya bölgəsində yerləşən yapon məktəbi.[1]
Yohannesburq Yapon Məktəbi ヨハネスブルグ日本人学校 | |
---|---|
26°09′01″ c. e. 28°00′01″ ş. u. | |
Əsası qoyulub | 31 avqust 1966 |
Şəhər | Yohannesburq |
Ölkə | |
Ünvan | 12-20 Kaledon yolu, Emmarentiya, Yohannesburq, 2195 |
Sayt | jsj.org.za |
Yohannesburqda yerləşən CAR Nippon Klubu[2] Yaponiya biznesmenlərinin ailələrini CAR-a gətirməsini təşviq etmək üçün məktəbə sponsorluq edir.[3] Klub 1961-ci ildə Yaponiya şirkətlərinə Yohannesburqda fəaliyyət göstərməyə kömək etmək üçün qurulub.[4]
Yaponiya hökuməti məktəbin büdcəsini tənzimləyir, məktəbə torpaq sahəsi isə CAR hökuməti tərəfindən ayrılıb.[5] Məktəb 31 avqust 1966-cı ildə açılıb.[6] Yarandığı gündən 1980-ci illərə qədər məktəb yerlilərin təzyiqinə məruz qalıb.[7] Məktəb 1968-ci ildəki irqçi kampaniyaya görə Saksonuolddakı korpusu bağlamalı olmuşdur, lakin 1969-cu ilin fevralında 30 tələbə limiti şərti ilə yenidən açılıb.[8] Bir bölgəsindəki korpusu isə daim irqçi qraffitilərə və vandalizmlərə məruz qalmışdır.[7]