Yerusəlimin mühasirəsi (636–637)
Yerusəlim (Qüds) şəhərində, Bizans imperiyası ilə Raşidi xilafət arasında, 636–637/38-ci illərdə baş tutmuş hərbi münaqişə / From Wikipedia, the free encyclopedia
Yerusəlimin mühasirəsi — Yerusəlim (Qüds) şəhərində, Bizans imperiyası ilə Raşidi xilafət arasında, 636–637/38-ci illərdə baş tutmuş hərbi münaqişə. Münaqişə Əbu Übeydə ibn Cərrah öndərliyindəki Raşidi ordusunun 636-cı ilin noyabr ayında Yerusəlim şəhərini mühasirəyə alması ilə başlamışdır. Altı ay davam edən müharisənin nəticəsində patriarx Sofroni sadəcə xəlifəyə boyun əyməsi şərti ilə təslim olur. 637 və ya 638-ci ildə xəlifə Ömər şəhərin tabeçiliyini qəbul etmək üçün Yerusəlimə gedir. Beləliklə, patriarx məhz xəlifənin özünə təslim olur.
Cəld faktlar Tarix, Yeri ...
Yerusəlimin mühasirəsi | |||
---|---|---|---|
Bizans-ərəb müharibələri | |||
| |||
Tarix | noyabr 636 – aprel 637 | ||
Yeri | Yerusəlim | ||
Nəticəsi | Raşidi qələbəsi | ||
Ərazi dəyişikliyi | Raşidi xilafət Yerusəlim şəhərini ələ keçirir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Bağla
Müsəlmanların şəhəri ələ keçirməsi ərəblərin Fələstinə nəzarətini gücləndirmişdir, hansı ki, 1099-cu ildə başlamış Birinci Səlib yürüşünə qədər təhlükə altına düşmür.