Yaponiya Qılınc Muzeyi
From Wikipedia, the free encyclopedia
Yaponiya Qılınc Muzeyi (刀剣博物館, Tōken Hakubutsukan?) – Yaponiyanın Tokio şəhərində yerləşən, Yaponiya qılınc sənətinə həsr olunmuş kiçik muzey. Muzey Yaponiya Qılınc Sənətlərinin Mühafizəsi Cəmiyyəti tərəfindən idarə olunur. Muzey 1978-2017-ci illərdə Tokionun Şibuya rayonunda yerləşsə də, 2018-ci ildə Sumida rayonundakı yeni binaya köçmüşdür.[2]
Cəld faktlar Əsası qoyulub, Açılış tarixi ...
Yaponiya Qılınc Muzeyi | |
---|---|
Əsası qoyulub | 25 may 1968[1] |
Açılış tarixi | 1978 |
Yenidən təşkil olunub | 2018 |
Mövzu | qılınc |
Ölkə | |
Yerləşir | Sumida, Tokio, Yaponiya |
35°41′56″ şm. e. 139°47′37″ ş. u. | |
touken.or.jp/museum/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Muzeydə 150-dən çox əşya sərgilənir. Kolleksiyaya qılınclar (əsasən katana), tosoqular (qın), yoroylar (zireh), eləcə də, metalişləmə ilə bağlı sənədlər daxildir.[3]