Yapon dilində hollandmənşəli sözlər
From Wikipedia, the free encyclopedia
Yapon dilində hollandmənşəli sözlər (オランダ語から日本語への借用, Orandago kara nihongo he no shakuyou?) Holland Ost-İnd şirkətinin 1609-cu ildə Hiradoda fabrik açıb Yaponiya ilə ticarət etməyə başlamasından sonra peyda olmağa başlamışdır. 1640-cı ildə hollandlar Decimaya köçürülmüş və Yaponiyanın "sakoku" dövrü boyunca 1854-cü ilə kimi Yaponiyada qalmağa icazə verilən yeganə qərblilər olmuşdurlar.
Hollandlarla yaxın münasibətlər Yaponiyada ranqaku (蘭学?) və ya "Holland təlimi"nin yaranmasına səbəb olmuşdur. "Ran" (蘭) yapon dilində "Holland" sözü üçün istifadə olunan "Oranda" sözündən gəlir, "qaku" (学) isə yapon dilində "öyrənmək, bilik" mənasına gələn sözdür. Bu zaman kəsiyində yapon dilinə holland dilindən bir çox termin daxil olmuşdur. 3000-dən çox bu cür istifadə olunmuşdur. Onlardan ancaq təxminən 160-ı hələ də standart yapon dilində istifadə olunur.[1]