Yakobun yuxusu
From Wikipedia, the free encyclopedia
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir.
Cəld faktlar Yakobun yuxusu, Rəssam ...
Yakobun yuxusu | ||
---|---|---|
| ||
Rəssam | Xose de Ribera | |
Tarixi | 1639 | |
Üslubu | dini incəsənət[d] | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 179 sm[1] × 233 sm[1] | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Prado muzeyi | |
Saytı | wga.hu/html/r/ribera/2/j… | |
İnventar nömrəsi | P001117[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər.