Xədicə
From Wikipedia, the free encyclopedia
Xədicə binti Xüveylid (VI əsr[1], Məkkə – 619[2][1], Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası.
Xədicə | |
---|---|
ərəb. خديجة بنت خويلد | |
Doğum tarixi | VI əsr[1] |
Doğum yeri | |
Vəfat tarixi | 619[2][1] |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | Xuveylid ibn Əsəd |
Fəaliyyəti | Tacir |
Vikianbarda əlaqəli mediafayllar |
Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi.[7] Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir. Oğlan uşaqları; Qasım və Abdullah (Tahir və Tayyib, Abdullahın ləqəblərindəndir, başqa uşaqlarının adları deyil) qız uşaqları; Zeynəb, Rüqəyya, Ümmü Gülsüm və Fatimədir.[8]
Xədicə bütün qadınlardan əvvəl İslamı qəbul edərək iman etmişdir. Sərvəti İslam dini və nübuvvətin inkişaf etməsinə səbəb olmuşdur. Məhəmməd daim onu tərifləyər, mədh edər və belə buyurardı: "Mən (qadınlar içində) Xədicədən daha artığına nail olmamışam, bütün insanlar inkar edərkən, o mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən çəkinmədi. Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır". Xədicə Hicrətdən üç il əvvəl, altmış beş yaşında ikən, Məkkədə vəfat etdi.[9] Məhəmməd ilk öncə öz cübbəsi ilə daha sonra cənnət cübbəsi ilə Xədicəni kəfənlədi və Məkkənin "Hücun dağı" ətəklərindəki Mualla məqbərəsində torpağa verdi.[10]