Xuan Quaydo
From Wikipedia, the free encyclopedia
Xuan Quaydo (tam adı: Xuan Herardo Quaydo Markes, isp. Juan Gerardo Guaidó Márquez; 28 iyul 1983, La-Quayra[d]) — Venesuela dövlət xadimi, siyasətçi, Venesuela Milli Asambleyasının sədri. "Xalq iradəsi" partiyasının üzvü, Varqas ştatından olan federal deputat (2016). 23 yanvar 2019-cu ildən etibarən Venesuela Prezidenti səlahiyyətlərini müvəqqəti icra edəndir[1].
Xuan Quaydo | |
---|---|
Juan Guaidó | |
| |
Vəzifədədir | |
23 yanvar 2019-cu ildən | |
Əvvəlki | Nikolas Maduro |
Şəxsi məlumatlar | |
Doğum adı | Juan Gerardo Antonio Guaidó Márquez |
Doğum tarixi | 28 iyul 1983(1983-07-28) (40 yaş) |
Doğum yeri | |
Partiya | Venesuela Xalq İradəsi Partiyası |
İxtisası | Mühəndis |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 2 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
11 yanvar 2019-cu ildə Milli Asambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan etmişdir[2]. Bu qərarı Argentina[3], Braziliya[4], Haiti[5], Qvatemala[6], Gürcüstan[7], Kanada[8], Kolumbiya[9], Kosta-Rika[10], Panama[11], Paraqvay[12], Peru[13], Puerto-Riko[14], ABŞ[15][16], Çili[17], Ekvador[18] hökumətləri, həmcinin Amerika Dövlətləri Təşkilatının sədri Luis Almaqro[19][20][21] rəsmən tanımışdır (təşkilatın özü yox[22]). 23 yanvar 2019-cu ildə Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdir[16].