Xristianlıq
dünyəvi dinlərdən biri / From Wikipedia, the free encyclopedia
Xristianlıq (yun. Χριστός — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid digər adı ilə İncil (anlamı xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Digər adları: məsihçilik, məsihilik, tərsa. Üç əsas dünya dinlərindən (Yəhudilik və İslamla bərabər) biri, İbrahimi dini kimi də sayılır.
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
| |||||||||||
Xristianlar inanırlar ki, Nazaretli olаn İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir.
Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir[1]. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır.
Xristianlığın üç əsas cərəyanları Katoliklik , Pravoslavlıq və Protestantlıqdır. Demək olar ki, hər Xristian məzhəbi kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birliyə digər adı ilə Üç üqnuma, yəni, tək Tanrının üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Xristianlıq bizim eranın I əsrində Roma İmperiyasının tərkibində olan Fələstin torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və xalqların arasında yayılmağa başladı.