WM-80
From Wikipedia, the free encyclopedia
Çin hərbi sənayesinin seriyalı istehsalına 1990-cı ildə başladığı və “NORİNCO” korporasiyası tərəfindən ixraca təklif olunan 273 mm çaplı “WM-80” RYAS hazırda Ermənistan və İordaniyanın silahlanmasında yer alır. WM-80 buraxıcı qurğusu yükqaldırma qabiliyyəti 20 ton olan 8x8 təkər formullu “Shandonq Taian TAS5380” yük maşınlarında qurulub.[1] Sovetlər Birliyinin “Smerç” tipli RYAS-larının “klonu” adlandırılan WM-80-ın atəş idarəetmə sistemi, sistemin konstruksiyaları və doldurulma mexanizmi çox oxşardır. Buraxıcı kompleks 8 borudan ibarətdir və 60 dərəcə qalxma bucağı altında atəş açmağa imkan verir. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, sistemin marş halından döyüş halına gətirilməsi 3-5 dəqiqəyə mümkündür. WM-80 raketinin birinin çəkisi 505 kq, döyüş başlığı 150 kq, atəş uzaqlığı 34–80 km-dir.
Çin WM-80 modeli yaradıldıqdan sonra onu son 27 ildə cəmi iki ölkəyə ixrac edə bilib. Burada meydana çıxan digər sual isə onun Çin Ordusunun silahlanmasında yer almamasıdır. WM-80 modelindən sonra çinlilər atəş uzaqlığının artırılması üçün sistemi daha da modernləşdirmək qərarına gəldilər. Böyük işlərin getməsinə baxmayaraq, sistemdə hiss olunan bir dəyişiklik əldə etmək mümkün olmayıb. Sistem özü demək olar ki, dəyişilməz qalsada, yeganə nailiyyət raketlərə 120 km (WM-120) məsafəyə qədər uzaqlığın verilməsi sayıla bilər.[2][3][4]