Voterton-Leyks Milli Parkı
From Wikipedia, the free encyclopedia
Voterton-Leyks Milli Parkı (ing. Waterton Lakes National Park) — Kanadanın Alberta əyalətinin cənub-qərb küncündə yerləşən və ABŞ-nin Montana ştatında yerləşən Qleyşer Milli Parkı ilə həmsərhəd olan milli park. Milli park Kanadanın 4-cü milli parkıdır. 1895-ci ildə qurulmuş, adını isə Viktoriya dövrü təbiətşünas Çarlz Votertonun adı ilə adlandırılmış göllərdən almışdır. Voterton-Leyks Milli Parkının sahəsi 505 km2 olub, dağlıq və çöllük əraziləri əhatə edir.
Voterton-Leyks Milli Parkı | |
---|---|
ing. Waterton Lakes National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 505 km2[1] |
Yaradılma tarixi |
1895 (milli park) 1979 (biosfer qoruğu) 1995 (Dünya irsi) |
Ziyarətçi sayı | 2012/13[2] |
İdarəetmə orqanı | Kanada Parkları |
Yerləşməsi | |
49°02′45″ şm. e. 113°54′55″ q. u. | |
Ölkə | Kanada |
Vilayət | Alberta |
Yaxın şəhər | Pinçer Krik |
pc.gc.ca/fr/pn-np/ab/wat… | |
Vikianbarda əlaqəli mediafayllar |
Voterton-Leyks Milli Parkı Kanada Parkları tərəfindən idarə olunur. Milli park ilin bütün aylarında ziyarətə açıq olsa da, əsas turist mövsümü iyul və avqust aylarıdır. Turistlər Voterton Park adlı bölgədə qalırlar. Milli park dəniz səviyyəsindən 1.290 metr yüksəklikdə, Voterton Park isə dəniz səviyyəsindən 2.910 metr yüksəkliyindəki Blekiston dağında yerləşir. Milli parkdan Kript Gölü cığırı keçir. 2012/13 mövsümündə milli parkı 402.542 nəfər ziyarət etmişdir.[2]
Milli park 2011-ci ildə "Milli Park Layihəsi" çərçivəsində Piter Linçin rejissoru olduğu qısa bir filmə mövzu olmuşdur.
ABŞ tok-şou aparıcısı Deyvid Letterman 24 iyun 2013-cü ildə verilişlərin birində bu milli parkı məsləhət görmüşdür. Melissa Makkarti ilə intervyusunda o "Montanadakı Qleyşer Milli Parkına getdikdə sən şimala doğru getməlisən və Voterton Gölü Milli Parkına çatacaqsan. Bura Qleyşer Milli Parkının davamıdır və son dərəcədə heyranedicidir." ifadələrindən istifadə etmişdir.[3]