Vorner teatrı
From Wikipedia, the free encyclopedia
Vorner teatrı (ing. Warner Theatre) — ABŞ-nin Pensilvaniya ştatında, Eri şəhərinin işgüzar hissəsində yerləşən fransız intibahı və Ar-deko memarlığında teatr binası. 1982-ci ildə teatr binası ABŞ-nin "Tarixi abidələrin milli qeydiyyatı" siyahısına salınmışdır. Teatr binası ABŞ-nin Çikaqo şəhərinin "Rapp and Rapp" adlı memarlıq şirkəti tərəfindən dizayn olunmuş və 1931-ci ildə açılmışdır. 1976-cı ildə Eri şəhərinə satılana qədər buradan ancaq film nümayişləri üçün istifadə olunmuşdur. 1980-ci illərdə şəhərin işgüzar hissəsini canlandırmaq, binanı incəsənət mərkəzi etmək məqsədi ilə bura teatr binasına çevrilmişdir.
Vorner teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1930 |
Teatr binası | |
Tutumu | 2,250 |
Heyət | |
Direktor | Erie County Konqres Mərkəzi İdarəsi |
Yerləşməsi | |
42°07′37″ şm. e. 80°04′59″ q. u. | |
Ölkə | |
Yerləşir | Eri |
Ünvan | 811 State Street, Erie, PA 16501 |
eriewarnertheatre.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatrın prostsеniumunun ölçüsü 65x28 futdur və büzülmüş velür, qızıl və gümüş təbəqə, qızıl dəstəkli fransız güzgülərlə tamamlanır. Hazırda teatrda konsertlər və Brodvey teatrının çıxışları baş tutur. Vorner teatrı həm də Eri filarmonik orkestrına və "Lake Erie Ballet"-ə ev sahibliyi edir. Teatrın qrand lobbisi 500 nəfərdən çox şəxsi qəbul edə bilər.