Vikipediya:Yoxlanılabilərlik
From Wikipedia, the free encyclopedia
Yoxlanılabilərlik — məqalədə olan məlumatı birbaşa təsdiqləyən etibarlı mənbələrin oxucu tərəfindən yoxlanılmasının mümkün olmasına verilən ad. Vikipediya orijinal tədqiqata yol vermir. Vikipediyanın məzmunu redaktorların inancları və ya təcrübələri ilə yox, əvvəl yayımlanan məlumatlarla müəyyən edilir. Bir şeyin doğruluğundan əmin olsanız da, onu əlavə etməzdən əvvəl yoxlanılabilər olmalıdır. Etibarlı mənbələr bununla razılaşmırsa, neytral mövqe tutun və müxtəlif mənbələrin qeyd etdiklərini təqdim edərək hər tərəfə lazımi ağırlığı verin.
|
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
- Səsvermə müddəti: 10 mart — 25 mart 2021
- Qüvvədədir: 25 mart 2021-ci ildən
Vikipediyanın əsas hissəsindəki bütün materiallar – məqalələr, siyahılar, başlıqlar və s. yoxlanılabilər olmalıdır. Yoxlanılması mümkün olmayan və ya etiraza səbəb olunacağı ehtimal edilən bütün sitatlar və materiallar üçün onu birbaşa dəstəkləyən istinad daxil etməlidir. Mənbəyə ehtiyacı olan, lakin mənbəyi olmayan hər hansı bir material silinə bilər. Zəhmət olmasa, yaşayan şəxslər haqqında mənbəyi olmayan və ya mənbəyi az olan mübahisəli materialları dərhal silin.
Yoxlanılabilərlik, orijinal tədqiqata yol verməmək və neytrallıq Vikipediyanın əsas məzmun siyasətləridir. Bu qaydalar məzmunu müəyyənləşdirmək üçün zəruridir, buna görə də redaktorlar hər üçünün əsas məqamlarını anlamalıdırlar. Həmçinin, məqalələr müəllif hüququ siyasətinə uyğun olmalıdır.