Vikipe-tan (ウィキペたん, Wikipetan?) — Vikipediyanın təcəssümlərindən biri. Vikipe-tan 2006-cı ilin yanvarında ingilisdilli Vikipediyanın istifadəçisi Kasuga tərəfindən yaradılmışdır. Vikipe-tan Vikipediyanın qeyri-rəsmi talismanıdır və bir çox VikiLayihələrdə istifadə olunur. "-tan" yapon dilindən götürülmüş olub, bir sayğı şəkilçisidir. OS-tanlar kimi Vikipe-tan da moe antropomorfizminin məhsuludur.
Cəld faktlar Vikipe-tan, Yayın tarixi ...
Vikipe-tan |
---|
|
Yayın tarixi | 2006 |
---|
Yaradan | Kasuga |
---|
|
Cinsi | qadın |
---|
Bağla
Əlavə məlumat İş səhifələri, İstinad kitabxanası ...
|
|
|
İstinad kitabxanası |
Kitablar |
müzakirə |
Video |
müzakirə |
İnternet |
müzakirə |
Jurnallar |
müzakirə |
Manqa jurnalları |
müzakirə |
|
|
Minilayihələr |
Bioqrafiya |
müzakirə |
Seylor Mun |
müzakirə |
Code Geass |
müzakirə |
|
Əlaqəli layihələr |
Yaponiya |
|
Televiziya |
|
Film |
|
Komiks |
|
Animasiya |
|
Pokemon |
|
Square Enix |
|
Transformerlər |
|
Mediafranşizlər |
|
Video oyunlar |
|
|
|
|
Bağla
Vikipe-tan VikiLayihə Anime və manqanın əsas talismanıdır və Vikipediyanın da əsas talismanı olmağa iddiaçıdır.
Talisman Vikipediya loqosunun keçmiş versiyasındakı pazl topunun iki parçasını geyinir. ワィ açıq-aşkar ウィ işarəsinin səhv yazılışıdır. ウィ ("wi") "Vikipediya" sözünün katakana ilə yazılışının ilk sillabik işarəsidir. Həmçinin Çin işarəsi olub yapon dilində istifadə olunmayan 袓 kancisi 祖 kancisi ilə dəyişdirilib. Kasuganın ən son Vikipe-tan şəkillərində talismanın geyindiyi pazllarda 維 ("Vikipediya" sözünün Çin dilindəki yazılışının ilk işarəsi) və düzgün katakana işarəsi olan ウィ işarəsindən istifadə olunmuşdur.