Vest-Hind şirkəti (Hollandiya)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Vest-Hind şirkəti.
Hollandiya Vest-Hind şirkəti (nid. Geoctroyeerde West-Indische Compagnie) — 1621-ci ildə yaradıldıqdan sonra Amerika və Qərbi Afrikada ticarət və müstəmləkəçilik inhisarını Baş Ştatlardan alan Hollandiyanın Birləşmiş Əyalətləri Respublikasının bir ticarət şirkəti[2].
Cəld faktlar Ümumi məlumatlar, Tipi ...
Vest-Hind şirkəti | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | ticarət |
Məhsulu | Xəz |
Təsis tarixi | 3 iyun 1621[1] |
Bağlanma tarixi | 1792 |
Struktur | |
Ana şirkət | Niderland Ost-Hind Şirkəti |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Əsas fəaliyyət sahələri: kölə ticarəti, qızıl, gümüş, xəz, şəkər, fil sümüyü ticarəti və özəlləşdirmə (xüsusilə İspan gəmilərinin soyulması)[3]. Şirkət metropoliyada (Amsterdam və Rotterdam da daxil olmaqla) beş ofisə sahib idi və 19 tacirdən ibarət bir məclis tərəfindən idarə olunurdu[4].