Vaporetto
From Wikipedia, the free encyclopedia
Vaporetto ( it. Vaporetto) - çay tramvayı, marşrut teploxodu, Venesiyanın ada hissəsindəki ictimai nəqliyyatın əsas formasıdır. Vaporetto, ACTV (Azienda Consorzio Trasporti Venezia - Venesiya nəqliyyat konsorsiumu şirkəti) tərəfindən idarə olunur.
Venesiyanın adalarda yerləşən hissəsi, materik hissəsi olan Mestre ilə dəmiryolu-avtomobil körpüsü vasitəsilə birləşir [1]. Venesiya və Mestre arasında əlaqə avtobus və şəhərətrafı elektroqatarlar ilə də saxlanılır. Lakin, nə avtobuslar, nə də şəxsi avtonəqliyyat Venesiyanın kənarında olan Roma meydanından (Piazzale Roma) uzağa gedə bilmirlər. Bütün ada ərazisi piyada zona hesab edilir. Daşınma ancaq su ilə edilir və yeganə ictimati nəqliyyat vasitəsi teploxod-vaporettolar hesab edilir.
Vaporetto qismində, Böyük Kanal boyu, Rialto adası ətrafında, Murano, Burano, Lido adalarına, San Mikele adasındakı qəbiristanlığa və digər obyektlərə olan marşrutlar üzrə hərəkət edə bir neçə növ teploxodlardan istifadə olunur .