Uluqbəy
riyyaziyyatçı, astronom, böyük alim və hökmdar / From Wikipedia, the free encyclopedia
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449[1], Səmərqənd) — riyyaziyyatçı, [2]astronom[3], böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Uluqbəy | |
---|---|
Muhamməd Torağay | |
Digər adı | Sultan Al əüd dövlə Uluq bəy Gurkan |
Doğum tarixi | 22 mart 1394 |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 1449[1] (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Sultan Şahrux |
Anası | Gövhərşad bəyim |
Fəaliyyəti | astronom, riyaziyyatçı, xəttat, astroloq |
Vikianbarda əlaqəli mediafayllar |
Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür.