Ulu Temburonq Milli Parkı
From Wikipedia, the free encyclopedia
Ulu Temburonq Milli Parkı (ing. Ulu Temburong National Park) — Bruneydə yaradılmış ilk milli park. 1991-ci ildə qurulmuşdur. Milli park Bruneyin şərqində, Temburonq dairəsinin Amo mukimində yerləşir. Temburonq dairəsinin 40 %-lik hissəsini əhatə edir, sahəsi 550 km2-dir. Milli park Batu Apoy Meşə Qoruğunun içərisində yerləşir.[1] Ulu Temburonq Milli Parkında böyük cəngəlliklər var və buna görə də "Bruneyin yaşıl cavahiri" ləqəbi ilə tanınır.[2] Milli park "sultanlığın uğurlu meşə qoruğu siyasətinin gözəl nümunəsi" hesab olunur.[3] Milli parkdan axan əsas çaylar Temburonq və Belalonq çaylarıdır. Qoruq ərazisi Bruneyin ekoturizm mərkəzi hesab olunur və burada Ulu Ulu kurortu yerləşir.[4] Temburonq dairəsində həmçinin Peradayan Meşə Qoruğu yerləşir.[5]
Ulu Temburonq Milli Parkı | |
---|---|
ing. Ulu Temburong National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 550 km2 ha |
Yaradılma tarixi | 1991 |
Yerləşməsi | |
4°28′41″ şm. e. 115°12′28″ ş. u. | |
Ölkə | Bruney |
Vilayət | Temburonq dairəsi |
Rayon | Amo mukimi |
Yaxın şəhər | Bruney Darussalam |
Vikianbarda əlaqəli mediafayllar |