Ubasute
Yaponiyada mifik adət / From Wikipedia, the free encyclopedia
Ubasute (姥捨て?), obasute və ya oyasute (親捨て?) – Yaponiyada yaşlı və ya xəstə qohumları kimsəsiz yerdə ölümə tərk etmək adəti.[1]
Ubasute əfsanələşmiş adət hesab olunur, geniş yayılıb-yayılmadığı mübahisə mövzusudur.[1] Müasir Yaponiyada bu adətin müxtəlif formalarda canlandırıldığı müşahidə olunur.[1]