UEFA Avro 2024
2024-cü ilin iyun-iyul aylarında Almaniyada baş tutacaq / From Wikipedia, the free encyclopedia
2024 UEFA Avropa Çempionatı (və ya UEFA Avro 2024, ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024) UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən UEFA Avropa Çempionatının 17-ci buraxılışı olacaq. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparacaq.
UEFA Avro 2024 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Almaniya |
Tarix | 14 iyun — 14 iyul (31 gün) |
Başlama tarixi | 14 iyun 2024 |
Bitmə tarixi | 14 iyul 2024 |
Komanda sayı | 24 milli yığma |
Stadion sayı | 10 stadion |
← 2020 2028 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq.[1] Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq.
Finalda İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya hazırkı Avropa çempionudur.[2]