UEFA Çempionlar Kuboku 1956/1957
From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Kuboku 1956/1957 — Avropanın əsas futbol klub yarışı UEFA Çempionlar Kubokunun 2-ci mövsümü. Turnirin qalibi sayca 2-ci dəfə "Real Madrid" klubu olmuşdur. Çempion, 30 may 1957-ci ildə Madrid şəhərindəki Santyaqo Bernabeu stadionunda keçirilən və 2–0 hesabı ilə bitən finalda "Fiorentina" klubunu məğlub etmişdir.
UEFA Çempionlar Kuboku 1956/1957 | |
---|---|
1956/1957 Avropa Kuboku 1956/1957 Avropa Çempionları Kuboku | |
Yarış məlumatları | |
Tarix | 1 avqust 1956 – 30 may 1957 |
Başlama tarixi | 1 avqust 1956 |
Bitmə tarixi | 30 may 1957 |
Komanda sayı | 22 |
Yekun nəticəsi | |
Çempion | Real Madrid (2-ci dəfə) |
İkinci | Fiorentina |
Yarış statistikası | |
Oyun sayı | 44 |
Qol sayı | 170 (matç başına: 3.86) |
Tamaşaçı sayı | 1836978 matç başına: 41750 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Dennis Vayollet (9 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci mövsüm uğurla keçdiyi üçün yarışa daha 6 ölkənin təmsilçiləri qatıldılar: Bolqarıstan, Çexoslovakiya, İngiltərə, Lüksemburq, Rumıniya və Türkiyə. İngiltərə Futbol Assosiasiyası ("FA") 1955-ci ildə "Çelsi" klubuna yarışda iştirak etməyə icazə vermədi və Çempionlar Kubokunu "diqqəti yayındıran" hesab etməyi davam etdirdi. Bununla birlikdə, FA-nın istəyinə zidd olaraq, "Mançester Yunayted" İngiltərə çempionu qismində yarışa qatıldı və beləcə Avropada oynamış ilk ingilis klubu oldu. Saarın Qərbi Almaniya ilə birləşməsindən sonra boş qalan yer əlavə olaraq son çempion "Real Madrid"ə verildi. Beləliklə İspaniya, Avropanın əsas yarışında iki klub ilə təmsil olunan ilk assosiasiya oldu.