Turşsu (Şuşa)
Şuşa rayonunda qəsəbə / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Turşsu.
Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati-ərazi dairəsində qəsəbə. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Turşsu qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2] 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Turşsu qəsəbəsinə nəzarəti ələ keçirib.[3]
Cəld faktlar Ölkə, Region ...
Turşsu | |
---|---|
39°41′08″ şm. e. 46°39′07″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Şuşa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.900 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla