Tomas Pollok Anşuts
From Wikipedia, the free encyclopedia
Tomas Pollok Anşuts (ing. Thomas Pollock Anshutz) — XIX əsr ABŞ rəssamı və incəsənət müəllimi. Rəsm sənətində müəllimi Tomas İkins kimi XIX əsr ABŞ realizminin tanınmış nüməyəndələrindəndir.[3] Rəsmlərinin böyük hissəsinin mövzusunu qadınlar əhatə edir. Amma ən tanınmış əsəri əsl realizm əsəri sayılan və 1880-ci ildə çəkilən "Dəmirçilərin günortası" rəsm əsəridir.[4] Bu əsərdə dəmirçilərin gündəlik yaşayışını təsvir etmişdir.[5] Bir digər tanınmış əsəri "Yaşadıqları yol" tablosudur. Bu tabloda Afrika əslli qadın və iki uşağının çətin həyatını çəkmişdir.[6] Rəssamlıqdan əlavə müəllimliklə də məşğul olduğundan yağlı boya tablolarının sayı azdır. Anşutsun stili şagirdlərində dərin iz buraxmışdır.[7]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Tomas Pollok Anşuts | |
---|---|
Thomas Pollock Anshutz | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nyuport, Kentukki, ABŞ |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Filadelfiya, Pensilvaniya, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | rəssam, model[d], müəllim, fotoqraf |
Təhsili | |
Janrlar | Marina, peyzaj |
Stil | realizm |
Tanınmış işi | "Dəmirçilərin günortası" |
Tələbələri | Çarlz Demut, Everett Şinn |
Təsirlənib | Tomas İkins |
Təsir edib |
Robert Henri[1] Çarlz Demut[2] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla