Texnokratiya
From Wikipedia, the free encyclopedia
Texnokratiya (yun. τέχνη, "sənətkarlıq" + yun. κράτος, "güc" yun. τεχνοκρατία) — güc, elmi və texniki mütəxəssislərə məxsus olduğu meritokratiya prinsipləri üzərində qurulmuş hipotetik cəmiyyət.[1] Cəmiyyət idarəçiliyini insanların ayrı bir kateqoriyaya — bilik daşıyıcılarına, filosoflara köçürməyin faydalılığı ideyasına Platonun "Dövlət" əsərində ilk dəfə rast gəldilər.
Cəld faktlar Dövlət idarəetmə formaları ...
Dövlət idarəetmə formaları |
---|
|
Bağla
Jurnalistikada "texnokratlar" adətən peşə bilikləri sayəsində güc qazanan insanlar adlandırılırlar[2]. Adətən, iş adamları və ya siyasi partiyalar çərçivəsində seçilmiş insanlar əvəzinə xüsusi bilik və liderlik təcrübəsi olan elm adamları, mühəndislər, texnoloqlar nəzərdə tutulur.