Taycin kyofuşo
From Wikipedia, the free encyclopedia
Taycin kyofuşo (対人恐怖症, Taijin kyōfushō?) və ya TKS – Yaponiya mədəniyyətinə xas olan sindrom. Azərbaycan dilinə "şəxslərarası münasibətdən qorxu" kimi tərcümə olunur. Bu sindroma malik şəxslər öz hərəkətləri və görünüşləri ilə digərlərini narahat etməkdən çox qorxurlar. Mövcudluqları ilə digərlərinə narahatlıq törətmək istəmirlər. Bu sindrom qorxuya əsaslanan sosial fobiyadır.[1]
Sindromun simptonları bunlardır: sosial gəzintilərdən və ya fəaliyyətlərdən qaçınmaq, sürətli ürək döyüntüsü, nəfəs alma çətinliyi, panik hücum, titrəmə, insanlar arasında olanda qorxu və narahatlıq hiss etmə. Sindromun mənbəyi emosional travma və ya psixoloji müdafiə mexanizmləri ola bilər. Qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bir fərdin həyatındakı davamlılıq müddəti 3-13 % təşkil edir.[1]