Tatyana Totmyanina
From Wikipedia, the free encyclopedia
Tatyana Totmyanina (rus. Татьяна Тотьмянина; 2 noyabr 1981[1][2], Perm) — Rusiyanı təmsil edən fiqurçu. Tatyana Totmyanina Marinin ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.
Tatyana Totmyanina | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Татьяна Тотьмянина | |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Tatyana İvanovna Totmyanina | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 2 noyabr 1981(1981-11-02)[1][2] (42 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 161 sm. (5 ft 5 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu кonкisürmə | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Totmyanina və Marinin cütlüyü həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub.
Totmyanina və Marinin cütlüyü ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub.
Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif edilib.
Karyerasını başa vurduqdan sonra Tatyana Totmyanina 2007 və 2008-ci illərdə Rusiyanın "Birinci Kanal"nda yayımlanan "Buz dövrü" teleşousuna qatılıb. 2014-cü ildə 32 yaşında "Playboy" jurnalı üçün ehtiraslı pozlar verən Tatyana Totmyanina bir-sıra televiziya verilişlərinin aparıcısı olub.