Tappey Naqatsuki
From Wikipedia, the free encyclopedia
Tappey Naqatsuki (長月達平?) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış əsəri "Re:Zero -Starting Life in Another World-" ranobe seriyasıdır. O, ranobeni əvvəlcə 20 aprel 2012-ci ildə (Nezumi-iro Neko (鼠色猫?, "Siçan rəngli pişik")[3] istifadəçi adı ilə) "Shōsetsuka ni Narō" istifadəçi məzmunlu veb-roman saytında veb-roman kimi yayımlamağa başlamışdır.[4][5] 1 aprel 2016-cı ilə kimi bu saytda 6 roman və iki yan hekayə (ümumilikdə 429 fəsil) yayımlamışdır.[5] Veb-romanın yayımlanmasından sonra Media Factory tərəfindən MF Bunko J leyblı altında 25 yanvar 2014-cü ildə ilk ranobe cildi nəşr olunmuşdur. 2017-ci ilin iyununa qədər on üç cildi buraxılmışdır. Ranobesi əsasında 3 manqa, 1 anime serialı, 2 anime speşlı və 1 vizual roman istehsal olunmuşdur. Tappey anime adaptasiyasının istehsalında da fəal iştirak etmişdir.[6]
Tappey Naqatsuki | |
---|---|
yap. 長月達平 | |
Təxəllüsləri | Nezumi-iro Neko (鼠色猫?, "Siçan rəngli pişik") |
Doğum tarixi | 11 mart 1987(1987-03-11)[1][2][…] (37 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | yapon |
Fəaliyyəti | ranobe yazıçısı |
Fəaliyyət illəri | 2012 – hazırda |
Əsərlərinin dili | yaponca |
Janr | Ranobe |
Tanınmış əsəri | Re:Zero -Starting Life in Another World- |