Susan Voycicki
From Wikipedia, the free encyclopedia
Susan Dayan Voycicki[lower-alpha 1] (ing. Susan Diane Wojcicki; 5 iyul 1968[1][2], Santa Klara qraflığı, Kaliforniya) — 2014-2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilir.[4]
Susan Voycicki | |
---|---|
Doğum tarixi | 5 iyul 1968(1968-07-05)[1][2] (55 yaş) |
Doğum yeri | |
Uşağı | 5[3] |
Təhsili |
|
Fəaliyyəti | biznes ledi, menecer, tech VIP[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Voycicki iyirmi ildən çoxdur ki, texnologiya sənayesində çalışır.[5][6] O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib.[7][8]