Sundar Piçay
From Wikipedia, the free encyclopedia
Piçay Sundararajan, ən çox tanınan adı ilə Sundar Piçay[5][6][7] (10 iyul 1972[2], Maduray[d], Tamilnad[3]) — hind əsilli amerikan biznes meneceri.[8][9] O, Alphabet və onun törəmə şirkəti Google-un baş icraçı direktorudur (CEO).[10]
Sundar Piçay | |
---|---|
ing. Sundar Pichai tam. சுந்தர் பிச்சை | |
Vəzifədədir | |
10 avqust 2015-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | சுந்தர் பிச்சை-[1] |
Doğum tarixi | 10 iyul 1972(1972-07-10)[2] (51 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | informatik, baş direktor, baş icraçı direktor |
Uşaqları | 2[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Piçay karyerasına materialşünas olaraq başlayıb. McKinsey & Company menecment konsaltinq firmasında qısa müddətdə işlədikdən sonra 2004-cü ildə Google-a qoşuldu[11] və burada Google Chrome və ChromeOS daxil olmaqla, Google-un müştəri proqram məhsulları dəsti üçün məhsulun idarə edilməsi və innovasiya səylərinə rəhbərlik edirdi, həmçinin Google Drive-da böyük məsuliyyət daşıyırdı. Bundan əlavə, o, Gmail və Google Maps kimi digər proqramların tərtibatına nəzarət etməyə davam edirdi. 2010-cu ildə Piçay həmçinin Google-un yeni video kodeksi olan VP8-in açıq mənbə olduğunu elan etdi və yeni video formatı olan WebM-i təqdim etdi. Chromebook 2012-ci ildə buraxıldı. 2013-cü ildə Piçay Android-i öz nəzarət etdiyi Google məhsulları siyahısına əlavə etdi.
Piçay, əvvəllər CEO Larri Peyc tərəfindən baş məhsul rəhbəri təyin edildikdən sonra 10 avqust 2015-ci ildə Google-un növbəti CEO-su olmaq üçün seçildi. 24 oktyabr 2015-ci ildə Google şirkətlər ailəsi üçün yeni holdinq şirkəti olan Alphabet-in formalaşması başa çatdıqdan sonra yeni vəzifəyə qədəm qoydu. 2017-ci ildə "Alphabet"in İdarə Heyətinə seçildi.[12]
Piçai 2016[13] və 2020-ci[14] illərdə Time jurnalının Time 100 siyahısına daxil edilib.