Spagetti ağacı mistifikasiyası
From Wikipedia, the free encyclopedia
Spagetti ağacı mistifikasiyası (ing. Spaghetti-tree hoax) – 1957-ci ildə BBC tərəfindən Ümumdünya gülüş günündə yayımlanan 3 dəqiqəlik xəbər və onun səbəb olduğu hadisə. BBC kanalının "Panorama" adlı verilişində İsveçrənin cənubunda yaşayan bir ailənin guya "spagetti ağacı"ndan spagetti topladığını əks etdirən video yayımlanmışdır. Həmin dövrdə Birləşmiş Krallıqda spagetti populyar olmadığı üçün insanların çoxu spagettinin un və sudan ibarət olduğunu bilmirdi və bu xəbərdən sonra bir çox britaniyalı öz spagetti ağaclarını yetişdirmək üçün BBC kanalı ilə əlaqə saxlamışdır. İllər sonra CNN bu hadisəni "hansısa nüfuzlu xəbər qurumu tərəfindən həyata keçirilmiş ən böyük mistifikasiya" adlandırmışdır.[1]