Slavyan eposu
From Wikipedia, the free encyclopedia
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır..[2][3] 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir.[4]
Cəld faktlar Slavyan eposu, Rəssam ...
Slavyan eposu | ||
---|---|---|
çex. Slovanská epopej | ||
| ||
Rəssam | Alfons Muxa | |
Tarixi | 1910-1928 | |
Texnikası | yağlı boya, kətan | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Praqa Milli Qalereyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla