Sevil (opera)
From Wikipedia, the free encyclopedia
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram[2] operası.[3] Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır.[3] Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.[1] Opera 1957-ci ilin nəşrində 4 pərdəli[4], 1962-ci ilin nəşrində 3 pərdəli[5], 1967-ci ilin nəşrində 3 pərdəli[6], 1976-cı ilin nəşrində 2 pərdəli[7], 1982-ci ilin nəşrində 3 pərdəli[8], 1987-ci ilin nəşrində 3 pərdəli[9] olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır.[4][5][6][7][8][9]
Sevil | |
---|---|
| |
Bəstəkar | Fikrət Əmirov[1] |
Librettoçu | Tələt Əyyubov[2][3] |
Dirijor | Əfrasiyab Bədəlbəyli[1] |
Dili | Azərbaycan dili[2] |
Süjet | Cəfər Cabbarlının "Sevil" pyesi əsasında[1] |
Janr | Lirik-psixoloji dram[2] |
Pərdə | |
Yaradılma tarixi | 1952[3] |
İlk səhnələşdirmə | 1953 |
Personajlar | Sevil, Balaş, Gülüş, Atakişi, Babakişi, Dilbər, Əbdüləli bəy, Məmmədəli bəy, Tafta, Gündüz. |
Premyera |
1953[3] Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakı[1] |
İfaçılar |
|
Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır.[10] Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.[11]
Fikrət Əmirovun "Sevil" operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yenilikçi fikirlərini bir daha nümayiş etdirdi.[11]