Senzay Vakaşu
From Wikipedia, the free encyclopedia
"Senzay Vakaşu" (千載和歌集?, azərb. "Min ilin kolleksiyası") və ya qısaca "Senzayşu" (千載集?) – yapon poeziyasının yeddinci imperial antologiyası.[1] Keçmiş imperator Qo-Şirakavanın əmri ilə 1183–1188-ci illərdə tərtib olunmuş, növbəti illərdə əlavələr edilmişdir.[1] Antologiyanın tərtibatçısı və girişinin yazarı Fucivara no Şunzey olmuşdur.[1] Antologiya 20 kitab və 1285 şeirdən ibarətdir.[1]