SSRİ hökumət başçılarının siyahısı
From Wikipedia, the free encyclopedia
SSRİ hökumət başçısı (rus. Глава Правительства СССР) — Sovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur.
SSRİ hökumət başçıları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | SSRİ |
Yurisdiksiya | Sovet Sosialist Respublikaları İttifaqı |
Yaradılma tarixi | 30 dekabr 1922 |
Əvvəlki qurum | vəzifə təsis edilib, özü birincidir |
Ləğv edilib | 25 dekabr 1991 |
Sonrakı | dövlət dağıldığından vəzifə mövcud olmayıb |
Ünvan | Kreml |
Rəhbərlik | |
Rəhbər |
birinci Vladimir Lenin sonuncu İvan Silayev |
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Lenin və İosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov).
Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib
Xalq Komissarları Şurası (Sovnarkom) Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərəfindən 8 noyabr 1917-ci ildə yaradılıb. 1924-cü il Konstitusiyasının 38-ci maddəsi ifadə edir ki, sədrin gücü, funksiyaları və vəzifələri şuranın işini və qanunvericiliyi təftiş edən Mərkəzi İdarəetmə Komissiyası tərəfindən verilir. Xalq Komissarları Soveti Sovet İttifaqında məcburi olan qanunları və qərarları çap etdirir.[1][2] 1946-cı ildə Xalq Komissarları Şurası Sovet Sosialist Respublikaları İttifaqı və Sovet sosialist respublikaları səviyyəsində Nazirlər Şurasına çevrildi.[3]
Nikita Xruşşovu Sov. KP MK-nın birinci katibi postundan və SSRİ Nazirlər Sovetinin sədri vəzifələrindən kənarlaşdırmış Sov.İKP MKnın avqust plenumunda (1964-cü il) bir şəxsin eyni vaxtda həm Sov.İKP MK-nın Baş katibi və həm də SSRİ-nin hökumət başçısı vəzifəsini tutması yolverilməz hesab olundu. [4] Kosıgin Nazirlər Şurasının Sədri kimi onun rolunda iqtisadi idarəçilik vəzifəsində idi. Ancaq Kosıginin vəzifəsi 1965-ci ildə iqtisadi reform təklif edəndən sonra zəiflədi.[5]
1977-ci il SSRİ Konstitusiyasına görə Nazirlər Sovetinin sədri SSRİ hökumətinin başçısı idi. SSRİ Ali Soveti Rəyasət heyətinin sədri (1977–1985 və 1988–1989-cu illərdə Sov. İKP MK-nın baş katibləri ənənəvi olaraq həm də SSRİ Ali Soveti Rəyasət heyətinin sədri vəzifəsinə seçilərək SSRİ-nin dövlət başçısı olmuşdular) isə tamamilə hökumətin və icraedici hakimiyyətin başçısı idi. 1990-cı ildə prezident hakimiyyətinin qurulmasına qədər hökumət başçılığı Sovet Sosialist Respublikaları İttifaqında təsir və tanınma baxımından ən yüksək vəzifələrdən biri idi. Hökumət başçısı Ali Sovetə hesabat verməli idi və SSRİ Ali Sovetinin sessiyaları arasında gedən mərhələlərdə Ali Sovetin komissiyası qarşısında hesabat verirdi.[6] Hökumət başçısına Ali Sovetlə və komissiya ilə yarışmayacaq şəkildə SSRİ-in ədalət sisteminə uyğun olaraq idarəçilik işlərini həll etmək tapşırılmışdı. Hökumət başçısına beş illik planlara rəhbərlik edərək və mədəni inkişafı təmin edərək milli iqtisadiyyatı idarə edirdi.[6]
Nikolay Rıjkovun yerinə Valentin Pavlov keçdikdən sonra Nazirlər Soveti, Nazirlər Kabineti, SSRİ Nazirlər Sovetinin Sədri isə SSRİ Baş Naziri adlandı. Uğursuz Avqust çevrilişindən sonra kabinet üzvləri çevrilişi dəstəklədi və 1991-ci ildə Nazirlər kabineti SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsi ilə əvəz edildi. SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsi adı SSRİ Respublikalararası İqtisadi Komitə [7]olaraq dəyişdirildi və daha sonra SSRİ Respublikalararası İqtisadi Komitə (digər adı İqtisadi Cəmiyyət) ilə əvəz olundu.[8]
Vəzifənin adı | İllər |
---|---|
"SSRİ Xalq Komissarları Sovetinin sədri" | 30 dekabr 1922 – 15 mart 1946 |
"SSRİ Nazirlər Sovetinin sədri" | 15 mart 1946 – 14 yanvar 1991 |
"SSRİ Baş naziri" | 14 yanvar 1991 – 5 sentyabr 1991 |
"SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsinin rəhbəri"[9] | 5 sentyabr 1991 – 20 sentyabr 1991 |
"SSRİ Respublikalararası iqtisadi komitəsinin sədri"[9] | 20 sentyabr 1991 – 14 noyabr 1991 |
"SSRİ Dövlətlərarası İqtisadi Komitəsinin Sədri — İqtisadi birliyin Baş naziri"[9] | 14 noyabr 1991-ci il — 26 dekabr 1991-ci il |